Növbəti pedaqoji şura

16.06.2017-ci il tarixdə məktəbdə pedaqoji şuranın iclası keçirildi. İclasda məktəbin rəhbərliyi və pedaqoji kollektiv iştirak etdi. Gündəlikdə duran məsələlər (1. I-IV sinif şagirdlərinin sinifdən sinfə keçirilməsi. 2. I-IV sinif şagirdlərinin təkrar sinifdə qalması, payız tapşırığı alması. 3. V-VIII, X sinif şagirdlərinin sinifdən sinfə keçirilməsi. 4. V-VIII , X sinif şagirdlərinin təkrar sinifdə qalması, payız tapşırığı alması. 5. IX , XI sinif şagirdlərinin buraxılış imtahanına buraxılması.) müzakirə olundu. I-VIII, X siniflərin sinif rəhbərləri gündəlikdə duran məsələlərlə bağlı hesabat verdilər. IX, XI siniflərin sinif rəhbərləri öz növbəsində bütün şagirdlərin buraxılış imtahanına buraxılması haqqında məlumat verdilər. I-VIII, X sinif şagirdlərinin hamısının müvafiq olaraq növbəti sinfə keçirilməsi qərara alındı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi