Bilik günü

15.09.2015-ci il tarixdə 329 №-li tam orta məktəbdə “Bilik Günü” keçirildi. Tədbirdə Səbail rayon İcra Hakimiyyətinin nümayəndəsi Xətai Məmmədov və Badamdar qəsəbə Bələdiyyəsinin nümayəndəsi Fəxrədddin Quliyev qonaq qismində iştirak etmişlər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Məktəbin direktoru T.Əsədova qonaqları, valideynləri və şagirdləri salamladıqdan sonra məktəbin 3 illik nailiyyətlərindən söz açdı.Ötən tədris ilində ali məktəbə daxil olmaq üçün TQDK-nın qəbul imtahanında iştirak etmiş 13 məzundan 8 nəfərinin ali məktəbə qəbul olunması, 2 nəfərin isə kollecə qəbul olunması haqqında məlumat verdi. 2014-2015-ci tədris ilində yüksək bal toplamış məktəbin məzunu Ş.Süleymanlı Badamdar bələdiyyəsi tərəfindən fəxri fərman və hədiyyə ilə mükafatlandırıldı. Tədbirin sonunda məktəbin direktoru birinciləri təbrik etdi və 2015-2016 - cı tədris ilinin “İlk zəng”i çalındı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi