Ekoloji aylıqlar

2016-2017 tədris ilində həyata keçirilən “Ekoloji aylıqlar” layihəsinə əsasən, aprel ayında 329 nömrəli məktəbin 9-cu sinif şagirdləri məktəbin biologiya müəllimi V.Süleymanovanın rəhbərliyi ilə Nəbatət bağına ekskursiyaya getdilər. Ekskursiya zamanı şagirdlər bağda olan nadir, endemik və Azərbaycan təbiətinin nəsli kəsilməkdə olan bitkiləri ilə tanış oldular. Şagirdlər yeni növ bitkilər,onların çoxaldılması, Azərbaycana digər ölkələrdən gətirilən bitkilərin yetişdirilməsi haqqında maraqlı məlumatlar əldə etdilər. Şagirdlər vətənimizin nəsli kəsilməkdə olan bitkilərinin adlarını məktəbin digər şagirdlərinə tanıtmaq məqsədi ilə foyedə bitkilərin adlarını plakatlara yazaraq məktəbin foyesində nümayiş etdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi