329 nömrəli məktəbin "Son Zəngi"

29.05.2015-ci il tarixdə 329 №-li tam orta məktəbdə 11-ci sinif məzunları üçün “Son Zəng” keçirilmişdir. “Son zəng”də Səbail rayon İcra hakimiyyətinin nümayəndəsi Qadir Məmmədov, Badamdar qəsəbə sovetinin sədri Zaur Əliyev, Badamdar qəsəbə bələdiyyəsinin nümayəndəsi Fəxrəddin Quliyev iştirak etdilər və 11-ciləri təbrik etdilər.Badmdar qəsəbə bəllədiyyəsinin nümayəndəsi 11-ci sinif şagirdi Süleymanlı Şöhrət Süleyman oğluna və 10-cu sinif şagirdi Süleymanlı Pərvanə Süleyman qızına təhsildə fərqləndiyinə görə qəsəbə bələdiyyəsinin “Fərqlənmə diplomu”nu təqdim etdi. Bundan əlavə qəsəbə bələdiyyəsi şagirdlər arasında “Vətən hardan başlayır” adlı inşa müsabiqəsi elan etdi.Müsabiqə qalibləri ( I,II,III yer) növbəti tədris ilinin “Bilik günün”də qəsəbə bələdiyyəsinin diplomuna layiq görüləcəklər.“Son zəng” də bir qrup müəllim,şagird və valideyn 2014-2015-ci tədris ilində əldə etdikləri naliyyətlərə görə məktəbin diplomu ilə təltif olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi