31 mart - Azərbaycanlıların Soyqırımı Günü

Martın 31-də 329 saylı tam orta məktəbdə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə məktəbin direktoru T.Əsədova, tarix müəllimləri G.Quluzadə və N.Əhmədova çıxış etdilər. Onlar öz çıxışlarında 1998-ci ildən 31 mart tarixinin Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilməsindən, bu soyqırımın Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahüründən söhbət açdılar .Foyedə 31 mart Soyqırımına əks etdirən fotostentlər və divar kağızları nümayiş etdirilirdi. Şagirdlər fotostentdəki tarixi şəkillərə baxır və erməni qəsbkarlarına qarşı nifrətlərini gizlədə bilmirdilər. Tədbirin sonunda Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi