Pedaqoji Şuranın iclası

 12.09.2024-cü il tarixində məktəbin akt zalında Pedaqoji Şuranın iş planına uyğun olaraq növbəti geniş tərkibdə iclası keçirilib. İclasda məktəbin müəllim və inzibati işçilərindən ibarət heyəti iştirak edib. İclası açıq elan edən məktəbin direktoru Elnur Mirzəyev gündəliyə çıxarılan məsələləri elan edib.  Daha sonra iclasın gündəliyinə daxil olan məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.İlk iclasda pedaqoji şuranın sədri Elnur Mirzəyev,katibi isə Ramil İsmayılov səsvermə yolu ilə müəyyən olundu. Yığıncaqda müəllimləri maraqlandıran suallar məktəbin direktoru tərəfindən ətraflı cavablandırılıb və sonra direktor müavinləri çıxış edərək növbəti tədris ilində qarşıda duran məsələlərə toxundular.Ötən tədris ilində 600-dən yüksək bal toplayan şagirdlər hədiyyə və güllərlə təltif olundu və gələcək fəaliyyətlərində uğurlar arzulandı.Sonda Pedaqoji Şuranın üzvlərinə daha əzmlə, daha məsuliyyətlə fəaliyyət göstərmələri üçün məktəbin direktoru öz tapşırıq və tövsiyələrini verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi