Xocalısız 25 il

Bu gün 329 nömrəli tam orta məktəbdə “ Xocalı faciəsi”nə həsr olunmuş tədbir keçirildi. Tədbirin məqsədi Xocalı qurbanlarını yad etmək, onların necə amansızlıqla qətlə yetirilmələri haqqında şagirdləri məlumatlandırmaqdır. Tədbir dövlət himni ilə başlandı. Məktəbin direktoru T.Əsədova çıxış edərək məktəb kollektivinə “Xocalı faciəsi”nin analoqu olmadığını bildirdi. Daha sonra məktəbin tarix müəllimi G. Quluzadə çıxış edərək “Xocalı faciəsi”nin təkcə Azərbaycanın yox, bütövlükdə Türk xalqına yönəlmiş soyqırımı olduğunu vurğuladı. Məktəbin VI,VIII, IX sinif şagirdləri faciəni əks etdirən şeirləri ilə tədbirdə iştrak etdilər. Şagirdlərə faciəni əks etdirən fotosesiya nümayiş etdirildi. Sonra bütün kollektiv “ Xocalı qurbanlarının ruhunu bir dəqiqəlik sükutla yad etdi .
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi