Ekoloji mədəniyyət və incəsənət. Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” aylığına start verildi

2016-2017-ci tədris ilinin fevral ayı üçün nəzərdə tutulan “Azərbaycan tarixi və etnoqrafiya mövzusu" ətrafında 329 saylı tam orta məktəbin tarix müəllimi Günel Quluzadənin rəhbərliyi ilə 8 “a” sinif şagirdləri Kürdəmir rayonun Ərəbqubalı kəndi yaxınlığında orta əsr şəhər mədəniyyətinə aid aşkar olunmuş maddi mədəniyyət nümunələrinin elmi araşdırmasını apardılar. Belə məlum oldu ki, Azərbaycan ərazisində "Şəhərgah" adı ilə bəlli olan bir neçə orta əsr yaşayış yeri mövcüdür. Onlardan biri Kürdəmir rayonun Ərəbqubalı kəndi yaxınlığında yerləşir. Keçən əsrin 70-ci illərində şoranlaşmanın qarşısını almaq məqsədilə meliorativ tədbirlər görülərkən və pambıq əkini üçün sahələr şumlanarkən həmin ərazidə çoxsaylı mədəniyyət nümunələrinin yayıldığı ərazi təqribən 50 hektara qədər sahəni əhatə edir. Araşdırmalar zamanı məlum olmuşdur ki , Şəhərgah abidəsi Bakı –Kürdəmir şose yolundan 14 km cənubda Kür çayından 20 km şimalda , Girdiman çayının Kürə töküldüyü ərazidən təqribən 8- 10 km şərqdə düzənlik ərazidə yerləşir. Şəhərgah abidəsindən 12- 13-cü əsrlərə aid çoxlu maddi- mədəniyyət nümunələri daş , dəmir , mis , şüşə və gildən hazırlanan əmək alətləri , məişət və bəzək əşyaları zəngin keramika məmulatı özünün forma və zənginliyi və orijinal dekor çalarları baxımından diqqəti cəlb edir. Bunlar əsasən cızma üsulu , habelə müxtəlif boyalardan istifadə olunmaqla nəfis bəzədilmiş kasa və boşqab tipli qablardır. Məişət əşyalarının bəzədilməsində nəbati və həndəsi elementlərin mürəkkəb kombinasiyasından məharətlə istifadə olunub. Şirli qablar üzərində bəbir , ceyran və quş təsvirləridə tez – tez təsadüf olunub . Şəhərgah materiallarının fərqləndirən özəl cəhətlərdən biri də onların bəzədilməsində ərəb əlifbasının həriflərinə bənzər ortamentlərdən istifadə olunmasıdır. Daxili səthi şahmat xanalarına bənzər təsvirlərlə bəzədilmiş kasa tipli qablar tapıntılar içərisində xüsusi qrup təşkil edir. Yeri gəlmişkən qeyd edək ki, axtarışlar zamanı üzərində ərəb əlifbası ilə yazısı olan əşyalara da təsadüf olunub. Təssüf ki, daha çox gil qablara məxsus fraqmentlər üzərində olan bu natamam yazıları oxumaq mümkün olmamışdır. Ərəbqubalı kəndindən aşkar olunmuş bu qablar haqqında məktəb şagirdləri məlumat verdi. Qabların tərkibi, rəngi , ölçüsü və üzərində olan naxışlar araşdırıldı. Sonda isə Azərbaycan torpağına məxsus maddi- mədəniyyət nümunələri və abidələrinin görünüşü şagirdlərin diqqətinə çatdırıldı. 
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi