TƏBİƏT ŞILTAQDIR AMMA ONUNLA ŞILTAQLIQ ETMƏYİ SEVMİR

Bu gün 329 nömrəli tam ortaməktəbdə “ Ekoloji aylıqlar” lahiyəsinə start verilmişdir. Yanvar ayı ücün qoyulan mövzu Ekologiya və İqtisadiyyat idi.Bu mövzuda məktəbimizin direktor müavini və coğrafiya – iqtisadiyyat fənlərini tədris edən Qurbanova Aynurə 9a sinfində seminar kecirmişdi.“Təbiət şıltaqdır, amma onunla şıltaqlıq etməyi sevmir “ başlığı altında olan bu mövzu ekologiya və iqtisadiyyatda ekoloji auditin məqsədlərini, vəzifələrini, məzmununu, struktur sahələrinin mahiyyətini əsaslandırır.Ekologiyaya bir tərəfdən iqtisadiyyat kimi, digər tərəfdən isə ekoloji menecment elementi kimi baxmaq olar. Şagirdlər seminarı cox maraqla dinlədilər.müəllim şagirdlərin verdiyi sualları cavablandırdı. Sonda şagirdlər tərəfindən mövzuya aid tərtib olunmuş bülletenlərə baxıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi