Pedaqoji Şuranın iclası

    12.09.2023-cü ildə 329 nömrəli  tam orta məktəbdə  2023-2024-cu tədris ilinin ilk Pedaqoji Şura iclası oldu. İclasda ilk öncə qəhrəman şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Məktəbin direktoru Elnur Mirzəyev iclası açıq elan etdi, məktəbin keçən  tədris ilindəki uğurlarından danışaraq yeni tədris ilinin başlaması münasibətilə kollektivi təbrik etdi, onlara qarşıda duran bu böyük məsuliyyətli işlərində uğurlar arzuladı. Bütün siniflərdə ilk dərsin “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunması göstərildi.
Yeni tədris ilində təkliflər verildi, qarşıda duran məsələlər, hədəflər  və gündəlikdəki məsələlər müzakirə edildi.  Məktəbin IX, XI və lV siniflərin buraxılış imtahanlarında göstərdiyi nəticələrdən də bəhs edildi.
     Daha sonra tərbiyə işləri üzrə direktor müavini Arzu İskəndərova çıxış edərək kollektivin qarşısında duran məqsəd və vəzifələrdən  geniş söhbət açdı və bir sıra məsələlər müzakirə edildi. 
    Müəllimlərin dərs yükü, sinif rəhbərləri, metodbirləşmə rəhbərlərinin fəaliyyəti, fənn aylıqların təşkili,  prespektiv və cari planlaşdırma tərtibatı ,daxili nizam- intizam qaydaları və tədbirlər planı müzakirə edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi