Milli qürur günü

Yanvarın 19-da 329 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinə həsr olunmuş “Milli qürur günü” adlı ədəbi-bədii gecə keçirildi. Tədbirdə məktəbimizin tarix müəllimi Nuriyyə Əhmədova 20 Yanvar faciəsi haqqında ətraflı məlumat verdi. O, öz çıxışında faciənin baş vermə səbəblərindən və həmin günün dəhşətli səhnələrindən bəhs etdi. Tədbirdə məktəbin müəllimlərindən Lətifə Həşimova, Reyhan Babayeva və məktəbin direktoru Tərminə Əsədova çıxış etdi. Ədəbi-bədii gecədə şəhidlərə ithaf olunmuş mahnılar səsləndirildi. Daha sonra məktəbin şagirdləri 20 Yanvar faciəsini əks etdirən şeirlər söylədilər. Sonda şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi