“Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək!”

  Səbail Rayon Polis İdarəsinin təşkilatçılığı ilə məktəbdə müəllim və şagirdlərinin iştirakı ilə “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək!” adlı tədbir keçirildi.
Tədbirdə Səbail Rayon Polis İdarəsinin nümayəndələri,məktəbin şagird-müəllim kollektivi  iştirak edirdi .Səbail RPİ-nin yetkinlik yaşına çatmıyanların işi üzrə bölmə rəisi Emin Bağırzadə çıxış edərək narkomiyanın insan həyatına, sağlam gənc nəslin yetişməsinə mənfi təsirləri, narkotiklə mübarizə ilə bağlı rayon ərazisində görülən tədbirlərlə bağlı fikirlərini bölüşməklə yanaşı iştirakçılara öz məsləhət və tövsiyələrini verdi.
SRPİ-nin Xidməti polis kapitanı Aslan Rəsulov
yeniyetmələrə narkomanlardan uzaq durmaq və cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, dəyərli məsləhətlər verdi.
Daha sonra narkomaniya ilə bağlı video çarx təqdim edildi, şagirdlərin sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi