Şəhidlər and yerimizdir!

Bu gün 329 N-li tam orta məktəbdə 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi.Tədbirdə VI sinif şagirdləri və müəllimlər iştirak etdilər.Tədbirin təşkilatçısı məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Lətifə Həşimova idi.Şagirdlər 20 Yanvar faciəsi barədə ətraflı məlumatlar verdilər.Bu hadisənin baş vermə səbəbləri müzakirə olundu.Faciənin ayrı-ayrı məqamları video çarxlar ilə nümayiş etdirildi.Toplantinin əsas məqsədi şagirdlərimizin qan yaddaşını möhkəmlətmək, xalqımızın başına gətirilimiş müsibətləri bir daha xatırlamaq idi.Vətənpərvərlik,yurdsevərlik,qorxmazlıq sonda birlik bizim nicat yolumuzdur. Bu yolla inamla addımlamaq hamımızın başlıca vəzifəmizdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi