Referat yazı müsabiqəsi

   2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olması ilə  əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli Sərəncamına uyğun olaraq “Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir.
Bu məqsədlə Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxt rayonlarının orta məktəb şagirdləri arasında ənənəvi olaraq keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda növbəti referat yazı müsabiqəsi keçirilib.Məktəbin VIII sinif şagirdi Vüsalə Zeynalova referat-yazı müsabiqəsində  fəal iştirakına görə  "Təşəkkürnamə" ilə təltif edilib. Məktəbin direktoru Elnur Mirzəyev bu uğur münasibətilə Vüsalə Zeynalovanı təbrik edib, növbəti mərhələdə ona uğurlar arzulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi