“Heydər Əliyev müstəqil dövlətçiliyimizin qurucusudur”

  07.04.2023 cü il tarixində Bakı şəhər Səbail rayonu 329 nömrəli tam orta məktəbin kitabxanasında  tarix müəllimi Quliyeva Sevda və kitabxanaçı Qasımova Şərqiyyənin təşkilatçılığı ilə Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev müstəqil dövlətçiliyimizin qurucusudur”adlı dəyirmi masa həyata keçirildi.Tədbirdə musiqi müəllimi Natəvan Hacıyevanın rəhbərliyi ilə xor qrupu Himnimizi və Heydər Əliyevə həsr edilmiş musiqi səsləndirdi.Daha sonra tarix müəllimi Quliyeva Sevda Heydər Əliyevin həyat yoluna həsr edilmiş slaydla çıxış etdi. Məktəbin 7 A sinif şagirdləri öz şeir və təqdimatları ilə çıxış etdilər.Məktəbin direktoru Elnur Mirzəyev Heydər Əliyevlə bağlı özü şəxsən şahidi olduğu hadisələr haqqında və onun təhsil sahəsində tədbirləri haqqında öz dəyərli məlumatları ilə çıxış etdi. Məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini İsgəndərova Arzu və tarix müəllimi Nuriyyeva Nuriyyə Heydər Əliyev və onun Azərbaycan tarixindəki rolu barədə çıxışlar etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi