31 Mart Azərbaycanlıların Soyqırımı Gunü

   31.03.2023-cü il tarixdə məktəbin kitabxanasında 31 Mart -  Azərbaycanlıların Soyqırımı Günü  ilə əlaqədar "dəyirmi masa" keçirildi. Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Tədbirdə 8 - ci sinif şagirdləri iştirak etdilər.Məktəbin tarix müəllimi Quliyeva Sevda soyqırımı haqqında məruzə ilə çıxış etdi. Sevda müəllimə bildirdi ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı amansız  törətdikləri qırğın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.
   Təlim - tərbiyə işləri üzrə direktor müavini Arzu  İskəndərova Azərbaycan xalqının başına gətirilən bu soyqırımları və digər faciələri unutmamağı şagirdlərin nəzərinə çatdırdı.
Məktəbin kitabxana müdiri Şərqiyyə Qasımova çıxış edərək ermənilərin soyqırımı zamanı azərbaycanlıların başına gətirdikləri vəhşilikdən danışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi