NOVRUZ ŞƏNLİYİ

  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 3-29-59/3-2-123F/2023 nömrəli 13.03.2023-cü il tarixli əmri ilə təsdiq edilmiş "Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində Bakı şəhəri 329 nömrəli tam orta məktəbin akt zalında tədbir keçirildi. 
  Tədbirdə şagirdilərin iştirakı ilə xalqımızın adət-ənənələrini  əks etdirən tamaşalar və filmlərdən səhnəciklər göstərdilər.Elimizin adət- ənənəsinə uyğun haxıştalar, şeirlər söylədilər və mahnılar ifa etdilər. İdmançı şagirdlər müxtəlif idman nümunələri ilə çıxış etdilər. 
  Novruzun əsas atributları sayılan keçəl, kosa və bahar qızının tədbirə gəlməsi hər kəsi sevindirdi. Onların məzəli rəqsləri tədbirə rəngarənglik qatdı.
  Məktəbin direktoru bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi,onlara bol ruzi,əmin-amanlıq arzuladı.Tədbirin ərsəyə gələmsində əziyyəti olan bütün müəllimlərə və şagirdlərə təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi