1 MART MÜLKİ MÜDAFİƏ GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR

  2023-cü il martın 1-də məktəbimizdə “1 Mart – Ümumdünya  Mülki  Müdafiə Günü”nə həsr edilmiş maarifləndirici tədbir keçirildi.
Tədbirdə məktəbimizin müəllim heyəti və şagirdləri iştirak etdilər.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. 
Tədbirlərin keçirilməsində məqsəd Mülki  Müdafiə Qoşunları  Gününün yaranma tarixi , Mülki  Müdafiənin təşkil , xüsusiyyətlərindən asılı olaraq   mülki müdafiənin əsas vəzifələri və Mülki müdafiənin təşkilində vətəndaşların vəzifələri barədə tədbir iştirakçılarına müvafiq biliklərin verilməsi oldu.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. 
Daha sonra  Ümumilli lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Təlim-tərbiyə işləri üzrə direktor müavini Arzu İskəndərova tədbiri açaraq Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranma tarixi və inkişaf yolu, Azərbaycanın Respublikasının bu təşkilatda rolu ,  hər il bir mövzuya həsr edilməsi barədə tədbir iştrakçılarına ümumi məlumat verdi.Çıxışının sonunda tədbir iştirakçılarına bu ilki mövzunun “Risklərin qiymətləndirilməsində informasiya texnologiyaların rolu “ olduğunu elan etdi.
Məktəbin hərbi rəhbəri ehtiyatda olan polkovnik-leytenant Ramil İsmayılov tədbir iştirakçılarına Beynəlxalq Mülki Müdafiə təşkilatının yaranması, mülkü müdafiənin məqsədi və maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışdı.
Sonra tədbiri 10-cu  sinifin şagirdi  Aytən İmanlı hazırladığı “Risklərin qiymətləndirilməsində informasiya yexnologiyaların rolu” mövzusunda təqdimatı ilə davam etdirildi.Təqdimatda risk nədir, Risk necə ölçülür  və Risklərin qiymətləndirilməsində informasiya yexnologiyaların rolu barədə geniş  məlumat verdi.
Tədbirin sonunda məktəbin hərbi rəhbəri ehtiyatda olan polkovnik-leytenant Ramil İsmayılov tədbir iştirakçılarının və şagirdlərin suallarını cavablandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi