XOCALI FACİƏSİ

  24.02 .2023-cü il tarixdə tarix müəllimi Nuriyyə Nuruyevanın təşkilatçılığı ilə məktəbin akt zalında Xocalı faciəsinin 31-ci il dönümünə həsr olunmuş tədbir keçirldi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.Daha sonra Xocalı faciəsi qurbanlarının, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyu uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Xocalı qurbanları haqqında məlumatlar verildi, şeirlər səsləndi, videoçarxlar izlənildi, musiqi müəllimi Natəvan Hacıyevanın rəhbərliyi ilə xor qrupu mahnılar ifa etdi.
  Hərbi rəhbər Ramil İsmayılovun təşəbbüsü ilə şagirdlər Vətəni layiqincə qoruyacaqlarına, əsgəri borclarını şərəflə yerinə yetirəcəklərinə and içdilər.
  Sonda məktəbin direktoru Elnur Mirzəyev Xocalı soyqırımının Azərbaycan xalqının qan yaddaşı olduğunu və bu faciənin heç zaman unudulmayacağını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi