XÜSUSİ TƏYİNATLI TƏHSİLMÜƏSSİSƏLƏRİNƏ QƏBULLA BAĞLI MAARİFLƏNDİRİCİ TƏDBİR.

  23.02.2023-cü il tarixdə məktəbimizdə 9-cu sinif oğlanları ilə xüsusi təyinatlı təhsil müəssisələrinə qəbulla bağlı maarifləndirici tədbir keçirildi.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda Şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbirdə şagirdlərlə zabit peşəsinə marağın aşılanması, o cümlədən hərbi vətənpərvərlik mövzusunda söhbətlər aparıldı.
Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbulla bağlı və izahedici məlumatların çatdırılması məqsədilə 329 nömrəli tam orta məktəbin hərbi rəhbəri ehtiyyatda olan polkovnik-leytenant Ramil İsmayılov şagirdlərə ətraflı məlumat verdi. Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyin vacib, eyni zamanda şərəfli olduğunu bildirdi.
Hərbi rəhbər Ramil İsmayılov Heydər Əliyev adına Hərbi İnstitut, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi, eləcə də Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul qaydaları haqqında ətraflı məlumat verərək hərbi təhsil müəssisələrinin təminatından, sosial-məişət şəraitindən danışdı, eləcə də qəbulla bağlı sualları cavablandırdı.
Tədbirdə hərbi məktəblər haqqında videoçarxlar və hərbi vətənpərvərliyə dair filmlər də nümayiş etdirildi.
Tədbirin sonunda xüsusi təyinatlı təhsil müəssisələrinə qəbulla bağlı məlumatverici vərəqlər paylanıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi