Mülkü Müdafiə günü

29 aprel 2015 il tarixdə 329 nömrəli məktəbdə Mülkü Müdafiə günü ilə bağlı tədbir keçirildi. Tədbiri məktəbin direktoru T. Əsədova açıq elan etdikdən sonra Dövlət Himni oxundu. Məktəb üzrə Mülkü Müdafiə gərargah rəisi A. Qurbanova Mülkü Müdafiə ilə bağlı imzalanmış əmri oxuduqdan sonra məktəbin GÇH rəhbəri İ. Qəhrəmanov fövqəladə hal zamanı özünü necə aparmaq haqqında maarifləndirici məlumatlar verdi. Sonra məktəbin xilasetmə manqası, rabitə manqası, tibb manqası, ictimai asayişin mühafizəsi manqası, yanğınsöndürmə manqası praktik olaraq öz işlərini məktəbin şagirdlərinə nümayiş etdirdilər. Tədbir II, V və VI siniflərdə mülkü müdafiə gününə həsr olunmuş açıq dərslə davam etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi