ZƏLZƏLƏ VƏ ONUN FƏSADLARI

   16.02.2023-CÜ İL TARİXDƏ MƏKTƏBİMİZDƏ  ZƏLZƏLƏ , ONUN FƏSADLARI , ZƏLZƏLƏ  ZAMANI VƏ SONRASI  FƏALİYYƏT  MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLDİ.

 Tədbirin keçirilməsində məqsəd baş verə biləcək zəlzələ hadisəsi ilə bağlı zəruri davranış qaydaları barədə şagirdlərə  müvafiq biliklərin verilməsi oldu. 
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. 
Daha sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş Şəhidlərimizin və Türkiyə Respublikasında zəlzələ nəticəsində həlak olmuş vətəndaşların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
 Məktəbin hərbi rəhbəri ehtiyatda olan polkovnik-leytenant Ramil İsmayılov tədbir iştirakçılarına zəlzələ, zəlzələni öyrənən elm, zəlzələlərlə əlaqədar bütün proseslər, seysmik hadisələr, zəlzələnin gücü, enerji dərəcəsi, səthi effekti, intensivliyi, zəlzələ zamanı və  zəlzələdən sonra, hansı davranış qaydalarına əməl etməyin yollarını və ardıcılığını izah etdi. Fərdi təcili yardim (zəlzələ) çantası haqqında geniş məlumat verdi.Zəlzələ zamanı davranış qaydalarına aid videoçarx nümayiş etdirildi.
Təbii hadisələrə qarşı hər an hazırlıqlı olmaq barədə şagirdlərimizə tapşırıqlar verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi