TÜRKİYƏ YANINDAYIQ.

   09.02.2023 -cü il tarixdə sinif rəhbəri  Vüsalə Süleymanovanın təşkilatçılığı ilə  8 b sinfi Türkiyədə baş verən zəlzələ nəticəsində həlak olan soydaşlarımızın xatirəsini yad etmək məqsədi ilə məktəbin foyesində anım guşəsi hazırlayaraq  onların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Anım mərasimi zamanı şagirdlər şeir kompozisiyası ilə qardaş xalqın kədərini dilə gətirdilər. Tədbirdə məktəbin rəhbəri Elnur Mirzəyev bu faciənin nə qədər geniş miqyaslı olduğunu  bir  millət, iki dövlət olaraq  bu çətin gündə  həm maddi həm mənəvi olaraq türk qardaşlarımızın  yanında olduğumuzu vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi