Uğurunla fəxr edirik !

20.12.2016-сı il tarixdə Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Tarixi Muzeyində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş şagird elmi-praktik konfransında dinlənilmiş məruzələr əsasında hazırlanmış “Heydər Əliyev və Azərbaycan tarixi” adlı kitabın təqdimatı oldu. Təqdimatda məktəbin direktoru, tərbiyə işləri üzrə direktor müavini ilə barabər bu kitabda məqaləsi çıxmış 9-cu sinif şagirdi Aysu Süleymanlı da iştirak etdi. 2015-2016-cı dərs ilindən başlayaraq Səbail Rayon İcra Hakmiyyətinin tövsiyəsi ilə gənc nəsildə vənəpərvərlik hisslərinin artırılması, dövlətçilik tarixinin daha da dərin öyrənilməsi, onlara elmi-araşdırma vərdişlərinin aşılaması məqsədilə müsabiqələr və elmi-praktiki konfarnslar keçirildi. Bu tədris ilinində ümummilli lider Heydər Əliyevin doğum gününün 93-cü ildönümü münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusuna həsr olunmuş konfrans keçirilmişdir. 2 mindən çox 7-11-ci sinif şagirdlərinin qatıldığı bu müsabiqədə məktəblərdən təşkilat komitəsinə 300 tədqiqat işi daxil olmuşdur ki, onlardan ən yaxşı 33 iş konfransda dinlənilmişdir. Şagirdlər öz bacarıqlarını nümayiş etdirərək müxtəlif mənbələrdən istifadə etməklə araşdırmalar aparmış, Azərbaycanın ən qədim dövrdən bu günə qədər keçdiyi zəngin, tarixi və mədəni abidələri, təbii ehtiyatları, coğrafi mövqeyi barədə konkret faktlara əsaslanaraq dərin biliklərə malik olduqlarını öz elmi-tədqiqat işlərində ifadə etmişlər. Məktəbimizin şagirdi Aysu Süleymanlı elmi rəhbəri Günel Quluzadənin rəhbərliyi ilə Manna dövləti haqqında araşdırmalar aparmış və tarixi faktlara sərbəst yanaşaraq bu dövrə şəxsi münasibətini bildirmişdir. Məktəbin müəllim və şagird kollektivi Aysu Süleymanlını təbrik edir, ona uğurlar arzu edirlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi