"ŞUŞA İLİ"NİN YEKUN TƏDBİRİ

   2022-ci il Yanvarın 5 də Prezident, Ali Baş Komandan İlham Əliyev 2022-ci il "Şuşa ili" elan edilməsi haqqında sərəncam imzalamışdır. Bu məqsədlə məktəbin kitabxanasında "Şuşa ili " ilə bağlı dekabrın 22 -də tədbir keçirilmişdir.
Tədbirdə şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi, Azərbaycan himni səsləndirildi. Natəvan müəllimənin rəhbərliyi ilə möhtəşəm xor kollektivi çıxış etdi, 7b sinif şagirdləri "Qələbə müjdəsi " şeirini səsləndirdilər. Kitabxana müdiri Şərqiyyə xanım "Şuşa"adlı kitabın təqdimatını keçirdi. Geniş maraqlı məlumatlar verdi. Yekunda məktəbimizin direktoru Elnur Mirzəyevə söz verildi. Geniş,maraqlı çıxışı ilə tədbir sona çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi