Əsrin 25 ili.

2016-cı il dekabrın 13-də 329№-li tam orta məktəbdə “ Əsrin 25 ili ” adlı dəyirmi masda keçirildi. Məqsədimiz bu illər ərzində Azərbaycanın keçirdiyi ağır, çətin həm də sürətli inkişaf yollarını nəzərdən keçirib yada salmaqdan ibarət idi. Tədbir kitabxana müdiri Ş.Qasımovanın təşkilatçılığı ilə kitabxanada keçirildi. Dəyirmi masada məktəb rəhbərliyi, müəllimlər, yuxarı sinif şagirdləri iştirak etdilər. Tədbirdə məktəbin direktoru T.Əsədovanın çıxışı , kitabxana müdiri Ş.Qasımovanın məruzəsi dinlənildi. Şagirdlərin çıxışlarına geniş yer verildi. Tədbir Ulu Öndərimiz Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuşdu. “ Müstəqil Azərbaycan Ümummilli liderimizin şah əsəridir ” mövzusu maraqla dinlənildi. Hazırda bu uğurlu siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları davam etdirir. Dövlət başçısının siyasi, iqtisadi, sosial, idman, hərbi sahələrdə əldə etdiyi uğurlar və gələcək inkişaf startegiyası haqqında geniş söhbət aparıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi