“ Narkotik ümumbəşər bəladır ”

06.12.2016-cı il tarixdə 329№-li tam orta məktəb Səbail RPİ-nin əməkdaşları ilə birgə “Narkotik ümumbəşər bəladır”, “ Yetkinlik yaşına çatmayanlar arasında zərərli vərdişlərə, neqativ hallara, hüquqa zidd əməllərə qarşı mübarizə” mövzusunda geniş maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Səbail RPİ -nin rəis müavini polis polkovnik-leytenantı Anar Hüseynov, Səbail RPİ-nin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Bölməsinin rəisi polis polkovnik-leytenantı Anar Nağıyev, Səbail RPİ YYÇPİTB-nin Baş İnspektoru Polis mayoru Gülzar Əliyeva, Səbail RPİ YYÇPİTB- nin İnspektoru Polis mayoru Rəsmiyyə Bağırova, Səbail RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili polis leytenantı Ayxan Məmmədov, Səbail RPİ-nin 41-ci polis Bölməsinin Yetkinlik Yaşına Çatmayanların İşləri üzrə İnspektoru Polis kapitanı Zahir Əbilhəsənov, 41-ci polis Bölməsinin sahə İnspektoru Polis leytinantı Xətai Nəsirov iştirak etmişdilər. Tədbirdə VIII, IX, X, XI sinif şagirdləri və müəllim kollektivi iştirak etmişdir. Görüşdə müəllim- şagird münasibətləri, yetkinlik yaşına çatmayanların hüquq və vəzifələri aspektində məqsədyönlü ümumi proflaktiki söhbətlər aparılmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi