Açıq dərs

Bu gün 2a sinfində Azərbaycan dili fənnindən “-lar ; -lər -çoxluq bildirən hissəcik ” mövzusunda açıq dərs keçirildi. Mövzuya uyğun standart seçilmiş və həmin standartdan məqsəd çıxarılımışdır.Hər dərsdə olduğu kimi bu dərsdə də əsas məqsəd məzmun standartında nəzərdə tutulan bacarıqları şagirdlərə mənimsətmək oldu. Mövzu interaktiv dərs modeli əsasında quruldu və dərsin mərhələləri ardıcıl olaraq yerinə yetirildi. Motivasiya mərhələsində elektron lövhədə şəkillər göstərildi və bu şəkillərlə əlaqədar verilən suallar əsasında dərsin mövzusu müəyyənləşdi.Tədqiqat sualı mövzu ilə birbaşa bağlı idi.Tədqiqatın aparılması mərhələsində şagirdlər kiçik qruplara bölündü. İş vərəqələrində olan tapşırıqlar tədqiqat sualına xidmət edirdi.Təqdimat zamanı şagirdlər yerinə yetirdiklrəri tapşırqları çox aydın və maraqlı şəkildə təqdim etdilər. Sonra tapşırıqlar müzakirə olundu və nəticə çıxarıldı. Müəllim mütəmadi olaraq qiymətləndirmə aparırdı. Dərs çox maraqlı keçdi.Şagirdlər fəal iştirak etdilər. Onlar qrup işlərini həvəslə yerinə yetirir və bir-biri ilə sıx əməkdaşlıq edirdilər. Sonra dərsin müzakirəsi keçirildi. 2-ci sinif müəllimi Şəhla Əliyevaya digər ibtidai sinif müəllimləri bəzi tövsiyyələr verdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi