329 nömrəli məktəbin 1 a sinfinin "Əlifba bayramı"

2015-ci il 21 fevral " Ana dili" günündə 329 nömrəli tam orta məktəbin 1 a sinfi Həsənova Pərvanə Bakir qızının rəhbərliyi ilə "Əlifba bayramı" keçirdi . Bayramın keçirilməsində məqsəd şagirdlərimizin ilin əvvəlindən bəri qazandıqları bilik və bacarıqları nümayiş etdirməsi və özlərinə olan inamın daha da möhkəmləndirilməsi idi . Tədbir zamanı şagirdlərimiz çox sərbəst, özünə inamlı və səlis çıxış etdilər. Onların təqdim etdiyi hər bir nömrə şagird və müəllim kollektivi tərəfindən çox maraq və məmnunluqla qarşılandı. Pərvanə müəllimə belə qeyd etdi ki, bu cür tədbirlər həm şagirdlərin fəallığına, dünya görüşünün inkişafına xidmət edir, həm də onların müxtəlif keyfiyyətlərini üzə çıxarır və onların hərtərəfli inkişaf etməsini təmin edir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi