"Narkomaniyaya yox deyək!"

Səbail rayonu 329 nömrəli məktəbdə SRPİ-41-ci Polis bölməsinin təşkilatçılığı ilə   "Narkomaniyaya yox deyək” adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə SRPİ-41 ci  Polis bölməsinin YYÇİ üzrə bölməsinin rəisi leytenant Emin Bağırzadə çıxış edərək dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın gətirdiyi bəlalardan, insan sağlamlığı üçün təhlükələrdən və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıb. Emil Bağırzadə narkotikin insan həyatına və sağlamlığına vurduğu zərərlərdən ətraflı söhbət açıb, yeniyetmə və gəncləri zərərli vərdişlərdən qorunmağın yollarından danışıb. Emil Bağırzadə zərərli vərdişlərdən qorunmaq üçün yeniyetmələrin hər zaman diqqətli olmasının, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsləri gördükdə və ya bu barədə hər hansı bir informasiya əldə etdikdə dərhal müəllim və ya valideynlərinə, eləcə də polis əməkdaşlarına məlumat verməsinin vacibliyini diqqətə çatdırıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi