Yenilməz bayrağımız

Noyabrın 8-də 329 nömrəli tam orta məktəbdə Bayraq gününə həsr olunmuş tədbir keçirildi. Tədbirin məqsədi şagirdlərdə vətənpərvərlik ruhunu inkişaf etdirmək idi. Bayraq günü münasibətilə məktəbin foyesi bayraqlarla bəzədilmiş, şagirdlər sıra ilə bayrağın ətrafında düzülmüşdülər. Məktəbin tarix müəllimi Quluzadə Günel dövlət rəmzlərimiz, bayraq gününün təsis edilməsi və bayrağımızın önəmini vurğulamaq üçün məruzə nitqi ilə çıxış etdi. Tədbir məktəb şagirdlərinin fəallığı iə yadda qaldı. Belə ki, VIII sinif şagirdi Ş.Əmiraslanlı və VI sinif şagirdi Q.Bağırova bayrağa həsr olunmuş şeir nümunələri ilə çıxış etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi