Meşələrimiz planetimizin “ağciyəri”dir

Bu gün məktəbdə biologiya müəllimi Vüsalə Süleymanovanın təşkilatçılığı ilə VII sinif şagirdləri tərəfindən hazırlanan Meşələr planetimizin “ağciyəri”dir adlı layihənin təqdimatı keçirildi. Bu layihəni hazırlamaqla VII sinif şagirdləri təbiətə olan sevgilərini və eyni zamanda meşələrimizin biz insanların həyatında nə qədər vacib amil olduğunu bildirdilər. Bu səbəbdən onları qorumalı və sevməli olduqlarını bəyan etdilər. Hazırladıqları layihəni isə məktəb şagirdlərinə təqdim etməklə onlarda təbiətə, ağaclara məhəbbətlə yanaşmağı və onları qorumağı aşılamış oldular. VII sinif şagirdləri müasir dünyamızın ən böyük qlobal problemlərindən biri olan ekoloji tarazlığın pozulmasının səbəblərini layihədə araşdırdılar və bu səbəbləri aradan qaldırmaq üçün təkliflər planı tərtib etdilər.Layihənin təqdimatı zamanı təkliflər planı ilə bütün məktəb şagirdlərini tanış etdilər. Bütün şagirdlərdən meşələrimizi qorumaq üçün birləşmələrini təklif etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi