Empatiya nədir? Empatiya niyə vacibdir

 Məktəbin psixoloqu Şəlalə Abbasova 8 b sinfində "Empatiya nədir?" " Empatiya niyə vacibdir ?" mövzusunda söhbət apardı.

 Empatiya- özünü başqa insanın  və ya canlını yerində hiss etmə bacarığı , başqasının dərdinə şərik olma hissidir. İnsanın özünü başqa birinin yerinə qoyaraq bir növ onun şüuraltısı ilə əlaqə yaratmış olur. Yəni qarşısındakı şəxsin müəyyən bir mövzuda hansı hissləri keçirdiyini, mənəvi əziyyətləri , sevincini, kədərini və hətta həmin anda nələr düşündüyünü başa düşə bilər. Empatiyanın əsas müsbət xüsusiyyəti bizi qarşı tərəfin hərəkətlərini qınamadan əvvəl onun niyə belə hərəkət etməsini analiz etməyimizə yardımçı olmasıdır. Empatiya qabilliyəti olan insanlar yaxşı dinləyici, diqqətli müşahidəçi, özünün fərqində olan müsbət tərəfləri düşünməyə üstünlük verən insanlardır. Emosianal zəka (EQ) insanın öz duyğularını və başqalarının duyğularını anlamaq və idarə etmək qabiliyyəti olaraq adlandırılır. Həyatda uğur qazanmaq üçün İQ-dən daha vacib hesab olunur.

Sonda şagirdlər rollu oyunlar  vasitəsilə birilərinin nə hiss etdiyini anlayıb danışdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi