21 FEVRAL - BEYNƏLXALQ ANA DİLİ GÜNÜDÜR!

“ Dil ədəbiyyatla mədəniyyətlə, mənəviyyatla bağlıdır .Bunlarsız isə vətənpərvərlik formulu yoxdur.”

                                           Heydər Əliyev.

                                                                                       Fevralın 16-da kitabxanada 21- Fevral adlı dəyirmi masa təşkil olundu. Kitabxana müdiri Şərqiyyə xanım bildirdi ki, 1999- cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə YUNESKO tərəfindən Fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.

 Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm milli sərvətdir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir.

  5a,5b sinif şagirdləri B. Vahabzadə , Tofiq Bayram , Abbas Səhhət və b. şairlərin şeirlərini səsləndirdilər. C. Məmmədquluzadənin “Ana dili “ felyetonu şagirdlər səhnələşdirərək maraqlı çıxış etdilər.

Natəvan müəllimənin rəhbərliyi ilə  xor kollektivi “Şirin dil” mahnısını səsləndirdi.

  Tədbir məktəbin direktoru Sevil xanımın çıxışı ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi