BOYKO METODIKASI.

 Məktəbin psixoloqu Şəlalə Abbasova tərəfindən müəllimlərlə Boyko metodikası keçirildi.Bir sıra əlverişsiz stress amillərinin uzunmüddətli təsiri ilə bağlı müxtəlif fəaliyyət növlərinin yerinə yetirilməsi prosesində insanlarda yaranan "emosianal tükənmə sindromu " kimi psixoloji fenomenin diaqnostikası üçün nəzərdə tutulmuş şəxsi sorğu V.V. Boyko tərəfindən işlənib hazırlanmışdır. Müəllifin fikrincə ,emosianal tükənmə şəxsin seçilmiş psixoloji zədələyici təsirlərə cavab olaraq emosiyalarının tam və ya qismən aradan qaldırılması formasında hasil etdiyi psixoloji müdafiə mexanizmidir. 
 "Yanıb tükənmə" qismən funksional stereotipdir, çünki insana enerji resurlarını dozalamağı və onu qənaətlə işlətmək imkanı verir. Eyni zamanda ,onun disfunksional nəticələri də yarana bilər , o vaxt ki,"yanıb tükənmə" peşəkar fəaliyyətin icrasına və tərəfdaşlarla münasibətlərə mənfi təsir göstərmiş olsun. Sınağın stimul materialı 84 iddiadan ibarətdir, bu iddialara qarşı sınaqdan keçirilən şəxs öz münasibətini "bəli" və "yox" cavabalrı şəklində bildirməlidir. Metodika stesin inkişafının 3 mərhələsini müəyyən etməyə imkan verir: "gərginlik","müqavimət","tükənmə". Qeyd olunan mərhələlərin simptomları müəyyən edilən müəllimlərlə korreksiya işi aparılacaq ki, emosianal "yanıb tükənmə" onlara , peşəkar fəaliyyətlərinə və tərəfdaşlarına zərər verməsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi