TARİX YAZAN QƏHRƏMANLAR.

 23 dekabr 2021-ci il tarixində məktəbimizin direktor müavini (təşkilatçı) Zəhra Həsənova və tarix müəllimi Nuriyyə Nuruyevanın təşkilatçılığı ilə qalib Azərbaycan Ordusunun bir neçə qəhrəmanı-öz qanları, canları bahasına tarix yazan qazilərimiz  Kənan Kərimli, Amin Musayev, Səlahəddin Mirzəliyev, cəsur döyüşçülərimizdən ən gənc yaşda-19 yaşında Azərbaycan Respublikasının ən yüksək fərqlənmə dərəcəsi olan Vətən Müharibəsi Qəhrəmanı adını almış Vüsal Yaqubov və həm Azərbaycanın, həm məktəbimizin fəxri, qüruru döyüş meydanında düşmənə dərs keçən müəllim Eldəniz Niftiliyev məktəbimizin qonağı olmuşdur. Tədbir müddəti hər bir qəhrəmanımız keçdiyi döyüş yolundan qısa olaraq danışdılar və daha sonra şagirdlər öz  sual və ürək sözlərini səsləndirdilər. Fasilələr ilə müəllim Natəvan Hacıyevanın rəhbərliyi ilə məktəbimizin “Xor” qrupu vətənpərvər ruhda mahnılar ifa etdilər. Şeirlər səsləndi və sonda direktor Sevil Əliyeva qonaqlara öz dərin minnətdarlığını və düşüncələrini bildirdi,şagirdlərə bundan sonra da vətənpərvər ruhda böyüməkləri üçün məsləhətlərini verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi