"31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIM GÜNÜ"

1918-ci il mart ayının 31-də erməni və bolşevik birləşmiş qüvvələri tərəfindən Azərbaycan xalqının başına gətirilən müsibətli faciə,soyqrım Səbail rayonu 329 saylı orta məktəbdə yad edildi.Məktəbimizin direktoru Tərminə Əsədova 31 mart soyqrımla bağlı cıxış edərək,gələcəyimiz olan Vətənpərvər şagirdlərə tarixi qan yaddaşımızı unutdurmamağı tövsiyə etdi.Məktəbimizin tarix müəllimi Günel Quluzadə Azərbaycan xalqının başına gətirilən 31 mart soyqırım günü ilə bağlı fotostend təqdim edərək,şagirdlərə o dəhşət dolu anları xatırlatdı.Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürü kimi qeyd edildi. Azərbaycanlıların kütləvi şəkildə qırığını,represiyalara məruz qalması,doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhnələri bir daha məktəbimizin şagird və müəllim kollektivinin diqqətinə çatdırıldı.Sonda soyqırımla bağlı 1 dəqiqəlik süküt elan edildi və tədbirin təşkilatçısı Reyhan Babayeva tədbir iştirakçılarına təşəkürünü bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi