“Bilik Günü”

2016-2017-ci tədris ilinin başlanması ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinin tapşırıq və ğöstərişlərinə uyğun olaraq məktəbdə yeni tədris ilinə hazırlıq işləri görülmüşdür.Məktəbin həyətində, sinif otaqlarında digər yardımçı otaqlarda təmzilik işləri görülmüş, məktəb şagirdlərin yüksək səviyyədə təhsil alması üçün tam hazır vəziyyətə gətirilmişdir. Məktəb üzrə 388 şagirdin hamısı dərsliklə təmin edilmişdir. 15 sentyabr 2016-ci il tarixdə 329 №- li tam orta məktəbdə “Bilik Günü” münasibəti ilə tədbir keçirilmişdir.Tədbirdə məktəbin müəllim, şagird kollektivi ilə bərabər qonaq qismində Səbail rayon İcra Hakimiyyətinin nümayəndələri və valideynlər də iştirak etmişlər. Məktəbin direktoru T.Əsədova çıxış edərək tədbir iştirakçılarını “Bilik Günü” münasibəti ilə təbrik etmişdir. Məktəb kollektivi 1-ci sinfə qəbul edilən 47 şagirdin və onların valideyinlərinin sevincinə qoşulmuşdur. 2015-2016-cı tədris ilində görülən işlərdən və 11-ci sinif məzunlarının göstərdikləri nəticələrdən söhbət açılmışdır və 670 balla BDU-nə daxil olmuş Süleymanova Pərvanə Süleyman qızdan digər məktəblilərin də örnək almasını arzulamışlar. Direktor 2016-2017-ci tədris ilində məktəbdə 388 şagirdin təhsil alacağını və bu şagirdlərin təlim-tərbiyəsi ilə 33 müəllim heyətinin məşğul olacağını bildirmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi