Aşıq Ələsgərin 200 illiyi.

      Oktyabrın 28-də kitabxanada aşıq sənətinin qüdrətli söz ustadı Aşıq Ələsgərin 200 illik yubleyi ilə əlaqədar dəyirimi masa təşkil olundu.  Kitabxana  müdiri Şərqiyyə xanım Dədə Ələsgərin keçdiyi ömür yolundan ,həyatından ,yaradıcılığından geniş məlumat verdi. 

     Əslən Basarkeçəndən olan Şərqiyyə xanım bildirdi ki, 1972-ci ildə Azərbaycanlıların əzəli yurdu olan Göyçə mahalının  Ağkilsə kəndində Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılmış, həm də  150 illik yubileyi keçirilmişdir  .Dövlət səviyyəsində keçirilən bu   tədbir Ümummilli lider Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır. Həmin tədbirdə Azərbaycandan xeyli sayda nümayəndə heyəti də iştirak etmişdir. 

     Bu hadisə ilə bağlı videoçarx nümayış olundu və şagirdlərə məlumat verildi.  Yuxarı sinif şagirdləri tədbirdə fəal iştirak etdilər. Sənətkarın dodaqdəyməz,dildönməz ,cığalı təcnis , şeirlərindən nümunələr səsləndirdilər.  Azərbayacan aşıq sənətinin ümumbəşər dəyərlər sırasında qorunan qeyri-maddi mədəni irs nümunəsi siyahısına salınmışdır. Bütün bu görülən tədbirlər Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür.                                                                                         

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi