“Kiçik Aktyorlar” layihəsinin açılış tədbiri keçirildi

Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin ümumtəhsil müəssisələri kateqoriyasının qalib layihələrindən biri olan “Kiçik Aktyorlar”ın açılış tədbiri keçirilib. Açılış tədbirində layihəyə ev sahibliyi edən 329 №-li tam orta məktəbin direktoru, layihə rəhbəri Sevil Əliyeva müəllimlərə və şagirdlərə çıxış edərək layihənin məqsədlərindən, gələcəkdə layihənin necə inkişaf edəcəyindən və davamlılığından danışıb, şagirdlərə seçim mərhələsinə qatılmağa çağırdı. Tədbirdə təlimçi, rejissor Vüqar Əhmədov məktəb vaxtlarından aktyorluq sənətinin inkişafına yönəlmiş bu layihəni bəyəndiyini və bu cür layihələrin daha çox olmasının şagirdlərin ümumi inkişafına faydalı olacağını və kölgədə qalan istedadların üzə çıxarılmasında böyük rol oynayacağını söylədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi