"26 iyun Silahlı Qüvvələr" gününə həsr olunmuş tədbir

 25.06.2021-ci il tarixdə məktəbimizdə "26 iyun Silahlı Qüvvələr" gününə həsr olunmuş tədbir keçirildi. Keçirilən tədbirdə 2-ci Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olmuş Məmmədov İsmayıl Fərhad oğlunun anası Gülüzar xanım və Vətən müharibəsi iştirakçısı məktəbimizin hərbi müəllimi Eldəniz Niftiyev iştirak edirdi. Şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq məktəb kollektivi 1 dəqiqəlik sükutla onları yad etdilər. Məktəb rəhbərliyi tərəfindən Eldəniz müəllim fəxri fərmanla təltif edildi. Şagirdlərimiz tədbirdə şeir, rəqs,  musiqi tövhələri ilə çıxış etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi