28 May Respublika Günü

    Məktəbimizin tarix müəllimi Haşımlı Günel fəaliyyət planına əsaslanaraq  5-cilərlə "28 May Respublika Günü"-nə  hərs edilmiş onlayın dərs keçdi. Dərs zamanı şagirdlərlə "28 May Respublika Günü"-nün yaranma tarixi haqqında məlumatlar verildi.
 Qədim zəngin dövlətçilik ənənələrinə malik olan azərbaycan xalqı  özünün azadlığı və müstəqilliyi uğrunda daim mübarizə aparmış, Azərbayacan tarixinin əhəmiyyətli və yaddaqalan dövrlərindən olan  XX  əsrin əvvəllərində, dünayının siyasi nizaminin yenidən qurulduğu bir vaxtda istiqlaliyyətini elan etmişdir.
   1918-ci il may ayının 28-də Şərqdə ilk demokratik dövlət qurluşu kimi yaranmış Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik tarixinin başlanğıcı olmaqla milli dövətçilik  salnaməsini müstəsna dərəcədə zənginləşdirmişdir. Cəmi 23 ay yaşamasına baxmayaraq,  Azərbayacan Xalq Cümhuriyyəti sübut etmişdir ki, Azərbayacan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.
      XX əsrin sonlarında dövlət müstəqilliyini yenidən əldə edən Azərbayacan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu bəyan edərək Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü Respublika günü olaraq hər il təntənə ilə  qeyd edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi