Kiçik motorika uşaqların inkişafında

Məktəbin psixoloqu Şəlalə Abbasova məktəbəqədər hazırlıq qrupunun uşaqları ilə kiçik motor bacarıqlarını inkişaf etdirmək üçün oyunlar, testlər keçirdi. Kiçik motorika uşaqların inkişafında və öyrənməsində əvəzolunmaz rola malikdir. Əl-göz koordinasiyası, kiçik əzələlər, barmaq əzələləri inkişaf edir.Kiçik motorikası zəif olan uşaqlar yaşlarına uyğun bacarıqlar edə bilmir.Yaşıdalarından geri qalırlar. Bu məktəbdə də özünü göstərir. Konsentrasiyada çətinlik çəkirlər, tez bir zamanda yorulur, əllərindən düzgün istifadə edə bilmədikləri üçün akademik qabiliyyətləri aşağı olur. Belə uşaqlar dərslərində uğur qazanmaqda çətinlik çəkirlər. Akademik uğurları qaza bilmədikələri üçün özlərini yetərsiz hesab edirlər. Bu isə onlardan özgüvənlərinin aşağı düşməsinə səbəb olur. Kiçik motorikanın inkişafı uşağın gələcək bacarıqlarının təməlidir. İtalyan pedoqoqu Mariya Montessori uşaqlarla iş zamanı əl vərdişlərini uğurla istifadə etmişdir. Onun fikrincə erkən məktəbəqədər yaş dövrünfə sensor inkişaf mühüm rol oynayır. Sensor inkişaf isə öz növbəsində birbaşa əlin kiçik motorikası ilə əlaqəlidir. Əl barmaqlarının məşq etdirilməsi baş-beyin qabığının fəaliyyəti üçün güclü faktordur. Kiçik matorikanın inkişaf etdirilməsi vacibdir. Onun vasitəsilə şüurun diqqət, təfəkkür, koordinasiya, təxəyyül, müşahidə, görmə yaddaşı, çeviklik kimi ali kefiyyətləri inkişaf edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi