Narkomaniyaya yox deyək!

Məktəbimizin psixoloqu Şəlalə Abbasova 9-cu sinif şagirdləri ilə "Narkomaniya, zərərli vərdişlər və ondan törənən fəsadlar" haqqında maarifləndirici söhbətlər apardı. Narkomaniya müasir dövrün ən böyük bəlalarından biridir. Narkotiklərin qəbulu orqanizmin bütün üzvlərini zədələyir və onun dağılmasına səbəb olur.Yeniyetmələr, gənclər çox vaxt təcrübəsiz olduqlarına görə alkoqolizmə və narkomaniyaya düçar olurlar.Onlara bəlaların məhvedici nəticələrini vaxtında başa salmaq lazımdır. Narkomanların cəmiyyət üçün qiymətini itirmiş bir varlıqlar olduğunu bilməlidirlər. Şagirdlərə bu mövzuda suallar verərək müzakirələr aparıldı. Maarifləndirci mövzunun sonu ulu öndər Heydər Əliyevin "Narkomaniya gənclərin düçar ola biləcəyi ən böyük fəlakətdir!  İnsanın sağlamlığını qorumaq, onun fiziki əzablardan xilas etmək mühüm, xeyirxah işidir" kəlamları ilə sonlandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi