“Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci  il dönümü”

 Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Türfə Abdullayevanın rəhbərliyi ilə 7a sinfinin təqdimatları əsasında “Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci  il dönümü” mövzusunda açıq dərs keçirilmişdir. Açıq dərsdə məktəbimizin direktoru Sevil Əliyeva və tərbiyə işləri üzrə direktor müavini Zəhra Həsənova da iştirak etmişdir.
Açıq dərs ümummilli lider  Heydər Əliyev ilə bağlı video təqdimatla başlamışdır. Daha sonra 7a sinfinin şagirdləri Üzeyir Bayramlı və Nuray Baxışlı Zəlimxan Yaqubun “Bir dahi doğulub gəldi dünyaya, Aişə Həsənzadə Aşıq Şəmşirin “Heydərin”,
 Tunar Qədirli  və Ziba Alayarova Leyla Əliyevanın “Elegiya” şeirlərini ifa etmişlər.Həmçinin Üzeyir Bayramlı, Fərrux Əhmədov, Zülfü Kərimli Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının taleyində, ölkənin beynəlxalq mövqeyinin daha da möhkəmlənməsində əvəzsiz xidmətlərindən bəhs edən, eyni zamanda dahi şəxsiyyətin fəaliyyəti dövründə respublikamızın ictimai-siyası, sosial, iqtisadı, elmi, mədəni həyatındakı hadisələri əks etdirən təqdimatlar nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi