"Kiçik Akademiya" nın seminarı

  
 Məktəbin fəaliiyət planına uyğun olaraq  “Kiçik Akademiya”nın növbəti  onlayn seminarı keçirildi. Seminarda məktəbin direktoru Sevil Əliyeva, tərbiyə işləri üzrə direktor müavini Həsənova Zəhra, “Kiçik Akademiya”nın üzvləri və şagirdləri  iştirak etdilər. Seminarda “Kiçik Akademiya”nın rəhbəri olan Zəhra Həsənova  çıxış edərək ötən tədris ilində görülən işlər barəsində geniş məlumat verdi, “Kiçik Akademiya”nın tərkibinə yeni qoşulmuş üzvəri açıqladı. Şagirdlərdə elmi dünyagörüş formalaşdırılması istiqamətində sistemli iş aparılmasının vacibliyini vurğuladı. Sonda isə məktəbin direktoru Sevil Əliyeva akademiya , çərçivəsində şagirdlərin müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə sadə elmi araşdırmalar aparacaqları məruzə, tezis, refat hesabatlar hazırlamaları, həm fərdi, həm də kolektiv şəkildə həmin işləri yerinə yetirə biləcəklərini iştirakçıların diqqətinə çatdıraraq uğurlar arzuladı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi