"Xocalı faciəsinə" həsr edilmiş dərs

 26.02.2021-ci il tarixdə Azərbaycan dili və ədəbiyyat müəllimi  Abdullayeva Türfənin rəhbərliyi ilə “Xocalı faciəsi” haqqında dərs keçirildi.7a sinif şagirdlərinə Xocalı faciəsində hər iki valideynini itirmiş uşaqlarla bağlı qısametrajlı film göstərildi.Daha sonra şagirdlərə bugünün önəmi xatırladıldı.9a sinif şagirdləri “Xocalı faciəsi” ilə bağlı şeirlərini təqdim etdilər. Zəhra Sultanova F. Qocanın “Hər gecə Xocalıda” şeirini, digər şagirdlər isə Zəlimxan Yaqubun “Layla, Xocalım, Layla” şeirini ifa etdilər.Məktəbimizin foyesində Xocalı faciəsinə həsr edilmiş şəkillərdən ibarət divar qəzətləri və rəsm əsərləri nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi