21 fevral Beynəlxalq Ana Dili Günü

 Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.

 329 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Abdullayeva Türfənin rəhbərliyi altında məktəbin 7a və 7b sinif şagirdləri də bu mövzu barədə video təqdimatlar hazırlamışlar. 7a sinif şagirdi Fəqan İsayev “Azərbaycan dilinin tarixi” , həmin sinfin şagirdi olan Fərrux Əhmədov isə “Beynəlxalq Ana Dili Günü” mövzusunda slaytlar təqdim etmişlər. Həmçinin 7a və 7b sinif şagirdləri Aişə Həsənzadə, Baxışlı Nuray, Ziba Alayarova, Üzeyir Bayramlı, Polad Məmmədov, Çinarə Əhmədli Bəxtiyar Vahabzadənin “Ana dili” və “Mənim ana dilim” şeirlərini ifa etmişlər. 7-ci siniflər “Dilimizi qoruyaq” başlığı altında video təqdimat da hazırlamışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi