2021-ci il Nizami ili çərçivəsində "Nizamidə musiqi, musiqidə Nizami”

 20.02.2021-ci il tarixdə məktəbin musiqi müəllimi Natəvan Hacıyeva tərəfindən 7b sinifində açıq dərs keçirilmışdir. Açıq dərsdə məktəbimizin direktoru Sevil Əliyeva və direktor müavini Aynurə Qurbanova iştirak etmişdir. Dərsin mövzusu “Nizamidə musiqi, musiqidə Nizami” idi. Natəvan müəllimə bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdən olan, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi haqqında məlumat verdi.Müəllimə həmçinin, bu il 880 yaşı tamam olan şairin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi qiymətləndirən dövlət başçısının 2021-ci ili “Nizami Gəncəvi ili” elan etdiyini də qeyd etdi. Şagirdlər mövzuyla bağlı şairin poemalarına yazılmış musiqi əsərlərinin adlarını çəkib onlardan videolar nümayiş etdirdilər. Eləcədə, Nizami beytlərini musiqi sədaları altında oxuyub, burada adı çəkilən musiqi alətlərinin şəkillərindən ibarət video-slayt təqdim etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi