Nəriman Nərimanovun 150 illik yubleyi qeyd edilib

  Məktəbimizin tarix müəllimi Haşımlı Günel, riyaziyyat müəllimi Həşimli Şahnaz müəllimə 5a ,5b sinif şagirdləri ilə birlikdə onlayn formatda görkəmli yazıçı, dövlət və ictimai-siyasi xadim Nəriman Nərimanovun 150 illik yubileyinə həsr olunmuş “Nəriman Nərimanovun bədii yaradıcılığında Azərbaycançılıq ideyası” mövzusunda videokonfrans keçirilmişdir. Günel müəllimə şagirdlərimizə Nəriman Nərimanovun həyat və yaradıcılığı haqqında məlumat verdi. Şagirdlərimiz maraqlı çıxışlar etdilər. Onlayn formatda keçirilən videokonfransın məqsədi Azərbaycan ədəbiyyatının qabaqcıl ideya və demokratik fikirlərlə zənginləşməsində böyük rol oynamış Nəriman Nərimanovu gənc nəslə tanıtmaq, xatirəsini əziz tutmaq olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi